Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə edib.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidməti məlumat yayıb.

AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov və vitse-prezident Azər Hüseynov Rumıniya Minifutbol Federasiyasının dəvəti ilə Buxarestdə keçirilən ölkə çempionatının final qarşılaşmasını izləyib.

Tədbirdə Rumıniya Olimpiya İdman Komitəsinin baş katibi Corc Boroy (George Boroi) və Rumıniya Minifutbol Federasiyasının prezidenti İoan Oniçaş (Ioan Onicas) da iştirak ediblər.

Görüş zamanı tərəflər minifutbolun inkişafı, qarşılıqlı əməkdaşlıq imkanları və gələcək layihələr barədə fikir mübadiləsi aparıb.

Taleh Nəsibov rumınyalı həmkarını Rumıniya Minifutbol Federasiyasının ölkənin Olimpiya Komitəsinə tam üzv kimi qəbul olunması münasibətilə təbrik edib. O, bu addımın minifutbolun daha geniş kütlələrə çatmasına və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını deyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC