Klublarımızın Avropa Kubokundakı rəqibləri müəyyənləşib

Həndbol üzrə Avropa Kubokunda iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.

Bu barədə Presssport.az-a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qadınların yarışında Azərbaycan çempionu “Azəryol” II təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq. Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub.

II raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

Kişi həndbolçuların turnirində Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq. Turnirdəki digər təmsilçimiz “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər 2 komanda mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Bu raundun ilk görüşləri oktyabrın 11-12-nə, cavab matçları isə 18-19-na təyin olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC