PFL və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirib - Presssport.az-ın baş redaktoru çempion olub

Peşəkar Futbol Liqası (PFL), AFFA və “Misli”nin təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.

Presssport.az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə iştirak edən bütün media nümayəndələrinə AFFA və PFL tərəfindən xatirə hədiyyələri təqdim edilib.

80-ə yaxın media nümayəndəsinin qatıldığı turnir maraqlı və yaddaqalan alınıb. Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Eyni zamanda, PFL və AFFA-nın əməkdaşları turnirdə müsabiqədənkənar iştirak edib. Yekunda Presssport.az-ın baş redaktoru Mehman Süleymanovun da heyətində yer aldığı "Karvan" komandası çempion olub. "Qəbələ" 2-ci, "Şamaxı" 3-cü yeri tutub.

Tədbirin sonunda "Karvan" komandasına pul mükafatı və medallar təqdim edilib. 2-ci və 3-cü yerin sahiblərinə pul mükafatı, yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda PFL və AFFA-ya aid suallara hamıdan çox cavab verən “Zirə” və “Neftçi” komandalarının üzvlərinə xatirə mükafatları verilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC