Çimərlik futbolu üzrə Azərbaycan Super Liqasının qalibi müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.

Presssport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan VTB ölkə çempionu olub.

“Marafon” isə yarışı 2-ci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.

13 qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusu üçün ayrılan mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (VTB), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.

Super Liqanın qalibi Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC