Ötən mövsüm ən çox oynayan futbolçuların siyahısı açıqlanıb

2024/25 mövsümündə meydanda ən çox vaxt keçirən oyunçuların siyahısı açıqlanıb.

Presssport.az xəbər verir ki, sıralamaya Uruqvay millisinin və "Real"ın futbolçusu Federiko Valverde liderlik edir. O, ötən mövsüm yığmada və klubda 72 oyuna çıxıb, ümumilikdə 6116 dəqiqə meydanda olub.

İkinci yeri Portuqaliya yığmasının və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş tutur – 66 matçda 5,796 dəqiqə. Üçüncü sırada isə Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyandı – 63 matç, 5,624 dəqiqə.

İlk “5-liy”ə həmçinin Almaniya yığmasının və "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix (64 matçda 5529 dəqiqə), Xorvatiya millisinin və "Mançester Siti"nin müdafiəçisi Yosko Qvardiol (64 oyunda 5459) da daxildir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC