AFFA-nın təşkil etdiyi Qızlar liqalarının 2025/26 mövsümündə iştirak edəcək komandaların nümayəndələri və məşqçiləri ilə görüş keçirilib.
Bu barədə Presssport.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
AFFA-nın inzibati binasında baş tutan görüşdə U-12, U-14, U-16 və Yüksək Qızlar Liqasının növbəti mövsümü ilə bağlı məlumat verilib. Milli komandaların məşqçilərinin də qatıldığı toplantıda yeni mövsümlə əlaqədar fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ötən mövsüm liqalar U-13, U-15, U-17 və Yüksək Qızlar Liqası adı altında keçirilirdi. Növbəti mövsümdən yaş qrupları U-12, U-14, U-16 və Yüksək Qızlar Liqası olacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC