Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularla görüş keçirilib

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib.

Presssport.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.

Federasiya rəsmiləri idmançılara olan etimadı ifadə edərək, qarşıdan gələn mötəbər turnirdə uğurlu çıxış gözlədiklərini bildirib. Cüdoçulara yarış öncəsi tövsiyələr verilib, uğurlar arzulanıb.

EYOF çərçivəsində cüdo yarışları iyulun 22–26-sı aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. İdman festivalında Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC