2 güləşçimiz Macarıstanda gümüş medal qazanıb

Azərbaycanın 2 güləşçisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan reytinq turnirinin ilk günündə gümüş medal qazanıb.

Presssport.az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş üzrə millimizin 3 üzvü xalçaya çıxıb.

Onlardan 2-si - İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub.

Onu da bildirək ki, Olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC