"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən "Trabzonspor"la oyundakı qələbəni (3:2) şərh edib.
Presssport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə verdiyi açıqlamada qardaş ölkədə sonuncu yoxlama matçına çıxdıqlarını xatırladıb: "Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. “Trabzonspor” haqda geniş danışmaq artıqdı. Super Liqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək. Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdıl. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış oldugunu düşünürəm. Super Liqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəsti-xətti ilə seçilirdi”.
Xatırladaq ki, iyulun 19-da Vətənə dönəcək “Araz-Naxçıvan” yeni mövsümdə ilk rəsmi oyununu iyulun 24-də Mərdəkanda Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan "Aris"iylə keçirəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC