"İmişli" sabiq legionerini geri qaytarıb

"İmişli" heyətinə yeni futbolçu qatıb. 

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisi Ezekiel Morqanı transfer edib. Mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. O, daha öncə "Karvan"dan ayrılmış, “Kəpəz”in futbolçusu olmuş və məhz “İmişli”də icarədə oynamışdı. 

Xatırladaq ki, "İmişli" daha öncə Xorxe Kaskilya (baş məşqçi), Ronaldo Rodriqez de Souza (son klubu "Borneo", İndoneziya), Azər Salahlı (son klubu "Neftçi"), İbrahim Əliyev (son klubu MOİK), İmam Əli, Rafael Vieqas ("Sao Joao de Ver", Portuqaliya), Hüseynəli Quliyevi ("Səbail") transfer edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC