"Sabah" Avropa Liqasında mübarizəni dayandırıb - əlavə vaxtda buraxdığı qolla

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində “Sele” (Sloveniya) komandasına iki oyunun nəticəsinə əsasən məğlub olaraq mübarizəni dayandırıb.

Presssport.az xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutub.

Görüşün əsas vaxtı Bakı klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşdığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada “Selye”nin vurduğu qol həlledici olub. “Sabah”da hər 3 qolu eyni futbolçunun vurması diqqət çəkib.

Xatırladaq ki, “Sabah” mübarizəni avrokuboklarda dayandırmayaraq çıxışını Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası, I təsnifat mərhələsi

Cavab oyunu
17 iyul

22:00. “Selye” – “Sabah” - 3:3
Qollar: F.Kovaçeviç, 18-pen, D.Vuklişeviç, 49, N.İosifov, 108 – Coy Lens Mikels, 9; 63; 64.
Hakimlər: Draqomir Draqanov, Xristo Hacıyiski, Krasimir Atanasov, Martin Zivkov Velikov (hamısı Bolqarıstan). 
Selye. "Zdejele" stadionu
İlk oyun - 3:2

“Selye”: 21. Simon Sluga, 2. Xuanxo Nieto, 3. Vuklişeviç, 6. Tutışkinas, 8. Kvesiç, 9. Kovaçeviç, 10. Şturm, 11. Milot Avdyli, 19. Zabukovnik, 20. İosifov, 23. Jan Karniçnik (k)
Ehtiyat oyunçular: 1. Leban, 12. Kolar, 4. Hrka, 5. Vodeb, 7. Jevşenak, 14. Çidi, 16. Vidoviç, 17. Kotnik, 24. Cevahiric, 44. Beyger
Baş məşqçi: Albert Riera
Sabah”: 92. Stas Pokatilov, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 6. Abdullah Xaybullayev, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 18. Pavol Şafranko (k), 20. Coy-Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 88. Xəyal Əliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev (q), 89. Rauf Ayyubov (q), 2. Amin Seydiyev, 7. Bojan Letiç, 8. Ayaz Quliyev, 11. Kahim Parris, 17. Tellur Mütəllimov, 22. Zinəddin Uld Xaled, 33. Umarali Raxmonaliyev, 53. Andrey Viktor, 70. Cesse Sekidika, 99. Nyeqos Kupusoviç
Baş məşqçi: Valdas Dambrauskas

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC