Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib

Bu gün Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

Presssport.az xəbər verir ki, “Alov qüllələri” kompleksində mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov yeni mövsümlə bağlı detallı məlumat verib. Daha sonra püşkatmaya start verilib.

34-cü dəfə keçiriləcək və 12 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

I tur

"İmişli" - “Turan Tovuz”

"Neftçi" - “Şamaxı”

"Sabah" - “Qarabağ”

'Sumqayıt" - “Kəpəz”

"Karvan" - “Qəbələ”

"Zirə" - “Araz-Naxçıvan”

Tədbirdə həmçinin III dövrədə ev sahibi olacaq komandanı müəyyənləşdirmək üçün püşk atılıb.

III dövrənin püşkatması

XXIII tur

"Zirə" - “Kəpəz”

"Qarabağ" - ""Araz-Naxçıvan"

"Karvan" - “Sumqayıt”

'Şamaxı" - “İmişli”

"Sabah" - “Qəbələ”

"Neftçi" - “Turan Tovuz”

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünə avqustun 15-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC