Misli Premyer Liqasında 2025/26 mövsümündə stadion problemi yaşayan bölgə klublarının ev oyunlarını harda keçirəcəyi dəqiqləşib.
Presssport.az xəbər verir ki, bu haqda PFL-in texniki-idman direktoru püşkatma mərasimindən sonra məlumat verib.
Yevlax şəhər stadionunun ot örtüyündə aparılan işlərlə əlaqədar "Karvan" bir müddət rəqiblərini Şamaxıda qəbul edəcək. "Turan Tovuz" da eyni səbəbdən doğma meydandan uzaq qalacaq. Belə ki, Qərb təmsilçisi ev oyunlarını paytaxtda - "Azərsun Arena"da keçirəcək.
"Kəpəz" də bir müddət doğma Gəncədə oynamayacaq. Belə ki, "sarı-göylər" yenidən Qəbələ şəhər stadionundan yararlanacaq.
Premyer Liqanın debütantı "İmişli" isə ev oyunlarını Qubada keçirmək fikrindədi. Bu, PFL-in həmin məkanda təftişindən sonra rəsmiləşəcək.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC