Elgiz Abbasov: "PFL-in peşəkar əməkdaşları 2 aya yaxındır çalışır ki, ictimaiyyətə və klublara bunu təqdim edək"

“Hər birinizi təbrik edirəm. Sevindirici haldır ki, ildən-ilə Premyer Liqada iştirak edən komandaların sayı artmaqdadır. Bir neçə il əvvə 8 komandalı çempionatın püşkatmasını atırdıq, artıq bu gün 12 komandalı çempionatın püşkatması üçün bir araya gəlmişik".

Presssport.az xəbər verir ki, bu sözləri PFL-in texniki idman direktoru Elgiz Abbasov deyib.

Onun sözlərinə görə, çempionatda dövrə, sxem komanda sayına görə tərtib edilir: "Ötən mövsüm liqa 36 tur, 4 dövrə idi. Belə olan halda, hər bir komanda mövsüm ərzində bir komanda ilə 4 dəfə üz-üzə gəlirdi. Bu mövsüm 12 komandalı 3 dövrədi. Bundan əvvəl 12 komandalı çempionat keçirmişik. Həmin vaxtı “altılıq” sistemi var idi. Bu mövsüm isə 3 dövrəli çempionatın oynanılması qərarlaşdırıldı. Üçüncü dövrə püşkatma ilə olacaq - ev və səfər. Analizlər etdik. PFL-in peşəkar əməkdaşları 2 aya yaxındır çalışır ki, ictimaiyyətə və klublara bunu təqdim edək. Bu gün 2 dəfə püşk atacağıq. İlk dəfə 1-ci və 2-ci dövrənin püşkünü atacağıq. Üçüncü dövrə isə ayrıca püşklə təyin olunacaq. Bir komanda ardıcıl 2 oyundan çox ev və 2 oyundan çox səfər qarşılaşmasına çıxa bilməz. Komandaların şansı eynidir, bir komanda mövsüm ərzində 16-17 ev və eyni nisbətdə səfər oynayacaq. Sadəcə, 3-cü dövrədə ev və səfər görüşü fərqli olacaq. Bu, İcraiyyə Komitəsinin qərarına əsasən ortaya çıxan məsələdi".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC