Elçin Məsiyev Çempionlar Liqasına təyinat alıb

Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Presssport.az xəbər verir ki, Məsiyev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC