“Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan minifutbol turniri keçirilib

“Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən “Milli Mətbuat 150” Mini Futbol Turniri başa çatıb.

Presssport.az xəbər verir ki, finalda "J Yunayted" komandasına 9:3 hesabı ilə qalib gələn "İnternasional" kollektivi yarışın qalibi olub. 

Üçüncü yer uğrunda matçda isə "CanSports" "Media Star" üzərində böyükhesablı qələbə qazanıb - 17:5.

Beşinci yer uğrunda görüşdə "Qalaksi" “Futbol+” üzərində 7:0 hesabıyla qalib gəlib.

Oyunların ardından mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları “Qarabağ” Futbol Klubunun Baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl, eləcə də İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev təqdim edib. Öncə turnirin ərsəyə gəlməsində dəstək olan tərəfdaşlara xatirə hədiyyələri, turnir iştirakçıları tərəfindən imzalanmış formalar təqdim olunub. Ardınca görüşləri idarə edən hakimlərə diplom və hədiyyələr verilib. Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.

Turnirin yekununa əsasən, “İnternasional”a çempion olaraq qızıl medallara və kuboka sahib çıxıb. “J United” gümüş, "CanSports” isə bürünc medallarla təltif olunub.

Turnirin “Ən Yaxşı Oyunçusu” adına layiq görülən "İnternasional" komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub. “Ən Sərrast Oyunçu” mükafatı isə "CanSports" komandasının üzvü Etibar Tağıyevə təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC