Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda 2 gümüş medal qazanıb.
Bu barədə Presssport.az-a Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, əvvəlcə 25 metr məsafəyə sürətli atəş üzrə yarışda 2-ci yeri tutub.
Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Lunyov ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən 2-ci yerə yüksəlib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC