Almaniyada keçirilən XXXII Ümumdünya Yay Universiadasında 3 medal qazanmış Azərbaycan bədii gimnastları Vətənə dönüb.
Bu barədə Presssport.az-a Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İdmançıları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıb.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.
Onu da bildirək ki, bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudu.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC