Milli Mətbuatın 150 və AİJA-nın 30 illiyinə həsr olunmuş yubiley matçı keçirilİB

Etopaz-ın baş sponsorluğu, Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Minifutbol Federasiyasının (AMF) və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birgə təşkilatçılığı ilə Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileylərinə həsr olunmuş yubiley matçı keçirilib.
Presssport.az xəbər verir ki, görüşdə idman jurnlistlərindən ibarət komanda tanınmış futbol veteranlarından qurulmuş yığma ilə üz-üzə gəlib.
Komandalar şərti olaraq "Əkinçi" və "Futbol+" adlanıb.
Jurnalistlərdən ibarət yığma meydana "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin baş məşqçiliyi ilə meydana çıxıb.
Sabir Hacıyevin baş hakimi olduğu oyun 7:7 hesabı ilə başa çatıb.
Jurnalistlərdən Emin Abbasov, Mirbağırağa Cəfərli, Nurani İsgəndərov (4), Xanoğlan İmanov veteranlardan Samir Ələkbərov, Azər Bağırov, Azər Mehdiyev, Əli Abışov (2), Vaqif Cavadov (2) fərqlənib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yubiley matçının sonunda AİJA prezidenti Eldar İsmayılov, "Olimpiya Dünyası" qəzetinin baş redaktoru Aslan Şirəliyev iştirakçılara Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileyləri münasibətilə hazırlanmış xatirə medalları və digər hədiyyələr təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC