Federasiya prezidentindən tarixi nailiyyət – Avropa çempionatında gümüş medal!

Azərbaycan bilyardçısı Seymur Məmmədov Avropa çempionatında tarixi nailiyyətə imza atıb.

Bu barədə Presssport.az-a Bilyard Federasiyasından (ABF) məlumat verilib.

18-21 iyul 2025-ci il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən Avropa Çempionatında Azərbaycan Bilyard Federasiyası üçün xüsusi əhəmiyyət daşıyan bir hadisə baş verib. Belə ki, ederasiyamızın prezidenti və təcrübəli bilyard ustası Seymur Məmmədov 115 idmançının qatıldığı və 16 ölkənin təmsil olunduğu bu nüfuzlu turnirdə möhtəşəm oyun nümayiş etdirərək 2-ci yerə layiq görülüb.

Bu uğur təkcə şəxsi deyil, həm də milli bilyardımızın inkişafının bariz nümunəsidi. Turnirdəki yüksək rəqabətə və çətin oyunlara baxmayaraq, Məmmədov iradəsi, təcrübəsi və dəqiq zərbələri ilə adını finala yazdırmağı bacarıb.

Qeyd etmək lazımdır ki, o, təkcə federasiya prezidenti olaraq deyil, həm də meydanda əsl idmançı kimi öz gücünü və nüfuzunu nümayiş etdirib. Məmmədovun liderliyi ilə ABF son illər ərzində böyük inkişaf yolu keçib və beynəlxalq arenada öz sözünü deməyə başlayıb.

Bu nailiyyət Azərbaycan bilyardının artıq regional deyil, beynəlxalq səviyyədə söz sahibi olduğunu sübut edir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC