Kamal Umudlu Konfrans Liqası matçını idarə edəcək

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan təyinat alıb.

Bu barədə Presssport.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Umudlu Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “İberiya” (Tbilisi, Gürcüstan) – “Levadiya” (Estoniya) qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətdə Namik Huseynov və Vusal Mammadov kömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

İyulun 29-da Tiflisdə Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC