Rəşad Sadıqov millimizin sabiq baş məşqçisinin cavabını verib: "Yaxşı olardı ki, özü işlədiyi dövrdə Azərbaycan yığmasında nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı, ondan danışsın"

"Uzun müddət Azərbaycanda çalışmış biri fikir səsləndirərkən daha diqqətli olmalı idi”.

Presssport.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la matçından öncə keçirilmiş mətbuat konfransında deyib.

O, millimizin sabiq baş məşqçisi olmuş xorvatiyaıə həmkarı Nikola Yurçeviçin açıqlamasına cavab verib: "Oyuna bir gün qalmış vaxtımız çox olur. Cənab Nikola Yurçeviç 1-2 açıqlama verib və ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Son 2 ildə 2-ci yeri tutmuşuq və ötən il pley-off-da çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, "Zirə"də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil. Elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub. Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır... Futbolçularım haqq etdiyindən daha az alır. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alır. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı, ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda işləyib, burda bəlkə karyerası boyu verilməyən dəyər verilib ona. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun".

Xatırladaq ki, Yurçeviç 2018-ci ildə çalışdırdığı millimizdə qələbə qazanmayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC