Azərbaycan atleti Əmir İsmayılov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ölkə rekorduna imza atıb.
Presssport.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc idmançı 110 metr məsafəyə sədlərlə qaçışda 14.44 saniyə nəticə göstərib.
Bu nəticə U-18 yaş kateqoriyasında yeni ölkə rekordu olub. İsmayılov qarşıdakı yarış günlərində atletikanın uzunluğa tullanma növündə də mübarizə aparacaq.
Onu da bildirək ki, atletika yarışları Şimali Makedoniyanın paytaxtı Skopyedəki Todor Proeski adına milli stadionda keçirilir.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC