"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Çempionlar Liqasının təsnifat mərhələsinin II təsnifat mərhələsinin İrlandiyanın “Şelburn”u üzərində qələbə qazanacağı təqdirdə FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq "Qarabağ" haqda fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, öz ölkəsinin mətbuatına danışan rumıniyalı mütəxəssis Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanovu xüsusi vurğulayıb: "Komandanın baş məşqçisi 2008-ci ildən ona rəhbərlik edən Qurban Qurbanovdu. O, “Qarabağ” üçün əsas simadı. Səhv etmirəmsə, müasir Azərbaycan futbolunun ən uğurlu məşqçisidi. "Qarabağ"ın oyun fəlsəfəsi topa sahib olmaq, oyunu qısa ötürmələrlə qurmaq, oyunçular arasında hərəkətli mövqe dəyişmək üzərində qurulub. Beləliklə, yekunda deyə bilərik ki, onlar son 10-12 ildə Azərbaycan futboluna hakimdi və həqiqətən də güclü komandadı".
Xatırladaq ki, "Şkendiya" - FKSB matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC