Salifu Sumanın İsveçin “Malmö” klubuna keçib.
Presssport.az xəbər verir ki, ilk dəfə böyük futbola “Zirə”də oynayan 22 yaşlı qvineyalı sağ cinah yarımmüdafiəçisi 1,3 milyon avroya satıldığını deyil.
Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov bu transfer haqda fikirlərini bölüşüb: "Bizim üçün də çox önəmlidir ki, belə prosesdə iştirak etmişik. Bizim futbolçunun skautların diqqətini cəlb etməsi. Salifudan sonra elə çıxış edəcək ki, komandamıza daha çox diqqət olacaq. Salifuya görə çox sevinirəm. Ona demişdim ki, Avropa səviyyəsində futbolçu ola bilirsən. Sadəcə, bir-birimizi eşitməliyik. Qışda da çoxlu təklifi var idi. Hər birində gəlirdi, mənimlə danışırdı, deyirdim ki, tələsmə. Elə oldu ki, yay fasiləsində bir çox təkliflər var idi, amma sonda qərara gəldik ki, “Malmö" olacaq. Ondan çox pul təklif edən var idi. Amma avrokuboklarda olan komanda olsun ki, Salifu bundan sonra daha yaxşı ölkələrə getsin. Potensialı var, işinə yanaşması, “Malmö”da əlindən gələni etməlidir ki, ustalığını artırsın. Daha da çoxunu edə bilər. Ona uğurlar arzulayıram. “Hayduk”la matçöncəsi Summanı itirirsənsə, çox ciddi itkidir. O mövqedə 3 oyunçunu yoxladıq. Birdən-birə Summanın effektini verməsi asan deyil. Salifuya uğurlar arzulayıram. Onun bu səviyyəyə gəlməsində, transferin baş verməsində hamının böyük əməyi var".
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC