"Kəpəz" klubunda struktur dəyişikliyi həyata keçirilir.
Bunu Presssport.az-a Gəncə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov deyib.
O, bu prosesin tezliklə başa çatacağını söyləyib: "Klubumuzda struktur dəyişikliyi həyata keçirilir. Namiq Qədirov klubdan ayrılsa da, ötən mövsüm olduğu kimi, yeni mövsümdə də "Kəpəz"ə dəstəyini əsirgəməyəcək. Onun əvəzinə Adil Vəliyev klubun İdarə Heyətinin sədri təyin olunacaq. Fərman Əlizadə hazırda İdarə Heyətinin üzvüdür və ümumi işlərə nəzarət edir. Erkin İbrahimov da İdarə Heyətinin üzvüdür. O, seleksiya və əsas komandanın formalaşması işini icra edir. Afiq Süleymanov isə İdarə Heyətinin üzvü kimi qalır. Struktur dəyişilikləri tam başa çatdıqdan sonra klub tərəfindən rəsmi açıqlama veriləcək".
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünü 9-cu pillədə başa vurmuşdu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC