17–25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilib.
Presssport.az xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/25 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edib. Elşad Quliyevin baş məşqçisi olduğu komandamız final mərhələsində güclü Valensiya komandasını 7:2 hesabı ilə məğlub edərək Avropa çempionu olub.
Onu da bildirək ki, qapıçımız Qasımov Ağaseyid Mirmayıl oğlu çempionatın ən güclü qapıçısı seçilib. O, sahə oyunçumuz Xəzər Ağalızadəylə birgə daxil edilib.
Xatırladaq ki, komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC