Bunu avrokuboklarda Azərbaycan adına ilk edən Mikels oldu!

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Azərbaycan futbol tarixinə düşüb.

Presssport.az xəbər verir ki, 31 yaşlı almaniyalı sol cinah yarımmüdafiəçisi 1994-cü ildən təmsil olunduğumuz avrokuboklarda 2 dəfə het-trik edən ilk futbolçumuz olub.

Özü də hər ikisi bu mövsümə təsadüf edib. Belə ki, Mikels bunadək Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Selye” klubuyla səfərdəki cavab matçında (3:3) 3 qol vurmuşdu.

Coy-Lens Azərbaycan klublarının heyətində avrokuboklarda het-trik edən 5-ci futbolçudu. Ona qədərkilər hərəyə 1 dəfə het-trik edib - Badri Kvaratsxeliya və Olavio Juninyo Çempionlar Liqasında, Ernest Nforla Teo Uiks Avropa Liqasında fərqlənib.

Onu da bildirək ki, Mikels bu dəfə daha tez het-trik edib - hər 3 qolu ilk hissədə vurub (21, 28, - 44-cü dəqiqələr). Sloveniyada isə o, 9, 63 və 6-cı dəqiqələrdə qol müəllifi olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC