PFL Quba stadionuna baxış keçirdi, müsbət rəy verdi: "Bütün çatışmazlıqlar PFL tərəfindən detallı şəkildə "İmişli"yə göndərilib"

Peşəkar Futbol Liqası "İmişli" klubunun müraciəti əsasında Quba Olimpiya Kompleksinin meydançasına baxış keçirib.

Pressssport.az xəbər verir ki, bu barədə PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq “İmişli” klubu ev matçlarını müvəqqəti olaraq sözügedən arenada oynamaq üçün PFL-ə müraciət ünvanlayıb. Abdullayevin sözlərinə görə, stadionun meydançasına baxış zamanı müsbət məqamların olduğu aydınlaşıb: “İmişli” klubunun müraciəti əsasında Quba Olimpiya Kompleksinin meydançasına baxış keçirilib. Sevindirici haldır ki, baxış nəticəsində xeyli müsbət məqamlar olduğu üzə çıxıb. Stadionun 3 tərəfində tribuna var və yarışların keçirilməsi üçün uyğundur. Stadionun ot ortüyü təbiidir və yaxşı vəziyyətdədir. Sulama sistemi də standartlara uyğundur".

O, buna baxmayaraq, arenada bəzi işlərin aparılmasına ehtiyac olduğunu vurulayıb: "Ehtiyat oyunçular skamyasına və texniki zonaya əl gəzdirilməlidir. Paltardəyişmə və hakimlər otaqlarının vəziyyəti normaldır. Buna baxmayaraq, müəyyən işlər görülməsinə ehtiyac var".

O qeyd edib ki, arenadakı çatışmazlıqlarla bağlı bütün detallar "İmişli"yə göndərilib və yekun qərar klubdan asılı olacaq: "Bütün çatışmazlıqlar PFL tərəfindən detallı şəkildə kluba göndərilib. “İmişli”nin ev oyunlarını həmin stadionda keçirib-keçirməyəcəyi klubun atacağı addımlardan asılı olacaq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC