"Turan Tovuz" yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirir.
Presssport.az xəbər verir ki, bu gün klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın düşərgəsini ziyarət edib.
O, baş məşqçi Kurban Berdiyev və futbolçularla görüşüb.
Xatırladaq ki, "Turan Tovuz" Türkiyədə 2 yoxlama oyunu keçirib. Qərb təmsilçisi qardaş ölkənin I Liqanın təmsilçiləri olan "Çorum" (1:1) və "Ankara Keçiörengücü" (0:0) ilə heç-heçə edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC