"Araz-Naxçıvan"ın rəqibinin futbolçusunu it dişlədi, xəstəxanaya yerləşdirildi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris"in heyətində ciddi itki baş verib.

Presssport.az xəbər verir ki, Saloniki təmsilçinin futbolçusu Karles Peres itin hücumuna məruz qalıb. 

Bu barədə "Marca" nəşri məlumat yayıb.

İspan vingerin cinsiyyət orqanını it dişləyib. 27 yaşlı oyunçu dalaşan iki iti ayıran zaman hadisə baş verib. Futbolçu xəstəxanaya yerləşdirilib.

"Aris" Peresi bir neçə gün öncə "Selta"dan icarəyə götürüb.

Xatırladaq ki, "Araz-Naxçıvan" Bakıda keçirilən ilk matçda "Aris"i 2:1 hesabı ilə məğlub edib. Bu komandalar arasında savab oyunu sabah Bakı vaxtı ilə saat 22:15-də Yunanıstanda baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC