“Qarabağ”ın kapitanı Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib.
Presssport.az PFL-ə istinadən xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0) təsadüf edib.
Zubir qitə kuboklarında 2018-ci ildə debüt edərək, yalnız “Qarabağ”ın formasını geyinib. Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb.
Abdullah bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridi.
Zubir klublarımızın heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC