Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.
Presssport.az PFL-ə istinadən xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” oyununa təsadüf edib.
Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.
Təmsilçilərimiz Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA kuboku) 82, Konfrans Liqasında 21, İntertoto kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.
Xatırladaq ki, komandalarımızın ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC