Daha bir güləşçimiz Afinada dünya çempionu olub

Azərbaycanın daha bir güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən güləş üzrə U-17 dünya çempionatında qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, sərbəst güləşçilərdən 65 kq çəki dərəcəsində yarışdan Hüseyn İsmayılov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. 110 kq-da Hakim Tağıyev mundialın bürünc mükafatına sahib çıxıb.

Xatırladaq ki, daha əvəvl yunan-Roma millimizin heyətində Əli Nəzərov (60 kq) dünya çempionu adını qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC