“Zirə”nin futbolçusu İssa Cibrila sosial şəbəkə hesabında paylaşım edib.
Presssport.az xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Hayduk”la (Split)(2:1) cavab görüşündə vurduğu gözəl qolla diqqətləri üzərinə çəkən nigerli sol cinah müdafiəçisi komandasının avrokuboklardakı çıxışı ilə bağlı yazıb: "Konfrans Liqasında mövsümün sonu. Bu, Konfrans Liqası səyahətimizin sonu oldu. Mübarizə apardıq və çox çalışdıq, amma futbolun öz qaydaları var. Bəli, məyusuq. Lakin əldə etdiyimiz inkişafa görə fəxr edirik. Səhifəni digərinə çeviririk, bütün diqqətimizi yeni mövsümə yönəldirik. Vurduğum qolu çətin günlər keçirən bütün nigerli həmvətənlərimə həsr edirəm. Allahın gücü və lütfü sizinlə olsun. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Bu, sadəcə, təxirə salınmadı!”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC