Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov “Naxçıvan TV”yə açıqlama verib.
Presssport.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasına ad başçılıq edən Axundov “Araz-Naxçıvan”ın Konfrans Liqasında uğurlu çıxışından bəhs edib: “Araz-Naxçıvan” “Aris” səddini keçdi. Bu da bütün komandanın işi idi və hər bir naxçıvanlı kimi, mən də sevinirəm. İlk dəfədir komandamız avrokuboklara vəsiqə qazanıb. Heyətdə 60-70 faiz dəyişiklik edilib. Komandaya çox peşəkar oyunçular dəvət olunub. Motivasiya öz yerində, amma onlar da öz işini bilir. Bundan da böyük azarkeş kütləsi qarşısında çıxış etmiş oyunçularımız var. Onlar öz peşəkarlıqlarını Salonikidə bir daha göstərdilər. 25 min azarkeşin qarşısında oynadılar. Komandanı təbrik edirəm”.
Xatırladaq ki, Bakıda "Aris"i 2:1 hesabı ilə üstələyən "Araz-Naxçıvan" səfərdə rəqibi ilə bərabərə qalmaqla (2:2) III raunda vəsiqə əldə edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC