“Qazaxda futbol can verir… Dəstək olmasa, öləcək, sonra gec olacaq!”
Presssport.az xəbər verir ki, bu cümlələri “Göyəzən”in məşqçisi Süleyman Məmmədov öz sosial şəbəkə hesabında paylaşıb.
O, çətin maddi vəziyyətdə olan Qazax təmsilçisi ilə ilə bağlı belə çağırış edib: "İndi dəstək verməsək, sonra peşman olarıq. “Göyəzən” bizimdi, onu yaşatmaq da borcumuzdu.
“Göyəzən” bizim üçün sadəcə, bir komanda deyil. Bu klub illərlə Qazaxın adını ucaldıb. Minlərlə insan bu klubun oyunlarına baxmaq üçün stadionlara axışıb. “Göyəzən” forması geyinmək bir fəxr olub.
Amma indi…
“Göyəzən” təkdi. Mübarizə aparır, amma gücü çatmır. Qazaxda Futbolu yaşatmaq istəyirik, amma dəstək lazımdır.
Məmmədovun çağırışa qulaq verək.
Bu gün kluba sahib çıxmasaq, sabah stadionlar boş qalacaq, uşaq futbolu yox olacaq, bölgənin gələcəyi futbolsuz böyüyəcək.
Nə etmək olar?
İş adamları: “Göyəzən”ə sponsorluq edin, həm reklam qazanın, həm də tarixə düşün.
Rayon sakinləri: Stadiona gəlin, uşaqlarınızı gətirin, kluba güc verin.
Qurumlar və rəhbərlər: Bu komandanı ayaqda saxlamaq üçün dəstək verin.
Bu, sadəcə, bir futbol məsələsi deyil.
Bu, Qazaxın gəncləri, gələcəyi və birliyi üçün çox vacib məsələdi. Uşaqlar, yeniyetmələr stadiona üz tutub idmanla məşğul olmasalar, onların üz tutacaqları yerlər bəllidi!".
Xatırladaq ki, son illərdə AFFA Region Liqasında çıxış edən “Göyəzən” “TuranBank”ın imtinaısndan sonra sponsorsuz qalıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC