Fərid Qayıbov xaricdə yaşayan azərbaycanəsilli idmançılarla görüşlər keçirib

Gənclər və idman naziri Fərid Qayıbov xaricdə yaşayan azərbaycanəsilli idmançılarla görüşlər keçirib.

Presssport.az xəbər verir ki, Tokio və Parisdə Yay Olimpiya Oyunlarının gümüş medallarını qazanmış güləşçi, hazırda Ukraynanı təmsil edən Pərviz Nəsibov görüş zamanı gələcək karyerası barədə məlumat verib.

ABŞ-da peşəkar boksla məşğul olmuş Rüfət Bakı (İsrafilbəyov) Vətəndən uzaqda yaşamasına və döyüşməsinə baxmayaraq, Azərbaycan bayrağını uca tutub və özünə Bakı ləqəbini seçib. Rüfət karyerası boyunca keçirdiyi 24 döyüşün 22-də qalib gəlib.

Qayıbov hər iki idmançının beynəlxalq arenalarda qazandıqları uğurları yüksək dəyərləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC