“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.
Presssport.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Belə ki, Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib. O, 2023-25-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.
47 yaşlı Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC