Çempionlar Liqasının təsnifat mərhələsində uğurlu çıxışını davam etdirən “Qarabağ” bu mövsüm yarışda keçirdiyi hər 3 oyunu qalibiyyətlə başa vurub.
Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in təsnifat mərhələsində qapısından qol buraxmayan 2 komandadan biridi.
Qapısını toxunulmaz saxlayan digər klub isə “Kopenhagen”dir (Danimarka). Hər iki klub bu göstəriciyə görə 1-2-ci yeri tutur.
Onu da bildirək ki, təsnifat mərhələlərinndə iştirakçı komandaların ümumi sayı 44-dü. Onlardan 42-i öz qapısından qol buraxıb. Ən çox top buraxan (9 dəfə) İslandiyanın “Breydablik” komandasıdır.
Xatırladaq ki, Qurban Qurbanovun komandası “Şelburn”u (Şimali İrlandiya) hər 2 görüşdə (3:0, 1:0), “Şkendiya”nı (Şimali Makedoniya) səfərdə (1:0) məğlubiyyətə uğradıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC