Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançaları yenidən klublarımızın istifadəsinə verilib.
Presssport.az xəbər verir ki, bu haqda BOS-un yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, may ayında başlanan əsaslı renovasiya işləri mərhələli olaraq köhnə təbəqənin çıxarılması, yeni və yuyulmuş qum təbəqəsinin hazırlanması, sulama sisteminin yenilənməsi, toxumlama, gübrələmə və digər proseslərdən keçərək qısa müddət ərzində hazır edilib.
Bu yerdə bildirək ki, paytaxda məskunlaşan məşq meydançası olmayan Premyer Liqa klublarından bəziləri məşqlərini BOS-un ehtiyat meydançasında keçirirdi. Bu proses BOS-da keçirilən mühüm tədirlərlə əlaqədar 1 ildən artıq idi dayanmışdı.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC