Biri “Bakı” idi, “Sabah”la 100 oldu

"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gəldiyi Bolqarıstan təmsilçisi "Levski"nin tarixinə düşüb.

Presssport.az xəbər verir ki, Masazır təmsilçisi avrokuboklarda sofiyalılar üçün 100-cü rəqibi olub.

"Levski" indiyədək Azərbaycan klublarından yalnız "Bakı" ilə üz-üzə gəlib. 2009-cu ildə ildə keçirilmiş həmin dueldə - Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarında Bolqarıstan komandası daha üstün olub - səfərdə 0:0, evdə 2:0.

“Levski” avrokuboklarda ilk oyununu 60 il əvvəl - 12 sentyabr 1965-ci ildə "Rosunda" stadionunda İsveç "Yurqorden"inə qarşı keçirib. Görüş "göylər"in məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

"Levski" indiyədək 220 oyunda 300 qol vurub. Qolların 3-ü komandanın aktivinə avtoqolla yazılıb.

Sonuncu topu iki həftə əvvəl İsraildən "Hapoel" (Beer Şeva) ilə qarşılaşmada Mustafa Sanqare vurub. Ümumilikdə isə 110 fərqli oyunçu fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC