FİF əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib - icra başçısıyla görüş olub

Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib.

Bu barədə Presssport.az-a FİF-in mətbaut xidmətindən məlumat verilib.

Səfər zamanı hər iki bölgənin təmsilçiləri ilə görüşlər keçirilib, klubların dayanıqlılığının təmin olunması və maliyyə kanallarının yaradılması yolları, FİF tərəfindən dəstək imkanları müzakirə olunub.

Səfər zamanı FİF-in icraçı direktoru Tural Piriyev Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb. İcra başçısına fondun regionda gördüyü işlər və planları, bölgə təmsilçisinin hazırki vəziyyəti barədə məlumat verilib.

Bununla yanaşı, FİF tərəfindən artıq yekunlaşan sosial layihədə istifadə edilən idman ləvazimatları uşaq futbolunun inkişafı məqsədilə “Ağstafa Gəncləri” və “Göyəzən” futbol klublarına təmənnasız bağışlanılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC