Rəşad Nəbiyev 80 illik yubileyi olacaq veteran cüdoçu ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb.

Presssport.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nəbiyev əməkdar bədən tərbiyəsi və idman xadimi ilə 80 illik yubileyi ərəfəsində görüşdüyünü diqqətə çatdırıb: "Əhməddin müəllimin cüdonun Azərbaycanda formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlər, yetişdirdiyi idmançılar və məşqçi kimi qazandığı nailiyyətlər hər zaman təqdirəlayiq olub. Ölkə cüdosuna verdiyi dəyərli töhfələrə görə ona təşəkkür edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayıram".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC