“Qarabağ” ÇL-də pley-offa yüksəlsə, ilk turdakı matçı təxirə salınacaq - RƏSMİ

“Qarabağ” Çempionlar Liqasında (ÇL) yoluna davam edəcəyi təqdirdə Misli Premyer Liqasında yeni mövsümün ilk turundakı matçı təxirə salınacaq.

Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi pley-off mərhələsinə yüksələcəyi halda beynəlxalq oyun qaydalarına əsasən (komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması), avqustun 17-də "Bank Respublika Arena"da baş tutmalı olan “Sabah” - “Qarabağ” oyunu təxirə salınacaq.

Xatırladaq ki, Qurban Qurbanovun komandası ÇL-in III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) ilə ilk matçında 1:0 hesablı qələbəyə sevinib. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Pley-off mərhələsinə adlayan komanda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun ilk oyunları 19-20 avqustda, cavab qarşılaşmaları isə 26-27 avqustda keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC