Azərbaycan cüdoçuları Quba toplanışında özlərini yaxşı tərəfdən göstərib.
Presssport.az xəbər verir ki, bunu millinin performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında söyləyib.
O, toplanışın faydalı olduğunu vurğulayıb: “Dünya çempionatından sonra geniş hazırlıq mərhələsini yekunlaşdırdıq və idmançılar üçün istirahət vacib idi. İndi isə uzun yay dövründə formaya qayıtmaq üçün ən uyğun məkan Quba oldu. Bakıda hava çox istidi. Yer dəyişikliyi isə idmançıların motivasiyasını artırır. Burada hava təmizdir. Dağlara qalxmaq da mümkündür. Toplanış bizim üçün faydalı oldu. Əsas diqqətimiz fiziki hazırlığa yönəlib. Həmçinin zamandan effektiv şəkildə yararlanaraq ne-vaza üzrə də inkişaf etməyə çalışırıq. Bu istiqamətdə çox işləyirik və deyə bilərəm ki, idmançılarımız özlərini yaxşı tərəfdən göstərdil”.
Almaniyalı mütəxəssis Braziliyada təlim-məşq toplanışı keçəcəklərini də söyləyib: “Bu İslam Həmrəylik Oyunlarına uzunmüddətli hazırlığımızın ilk mərhələsidi. Təbii ki, bu mərhələdə bəzi qran-pri yarışlarında da iştirak edəcəyik. Amma xüsusi hazırlıq olmadan. Əsas hədəfimiz İslam Oyunlarıdı. Bu toplanışdan sonra Bakıda daha üç həftə məşqlərimizə davam edəcəyik. Ardından Braziliyada iki həftəlik ümumi hazırlıq keçəcəyik”.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC