"Zirə"də "zədə kabusu" bitmir ki bitmir - indi də Renatonun burnu qırılıb

Avrokuboklarda çıxışını bitirən “Zirə”də zidə problemi bitmir. 

“Şamaxı”yla dünənki yoxlama matçında birdən-birə 2 futbolçu - müdafiəçi Elçin Əlicanovla yay transferi olan hücumçu Abdul Batibie də zədələnərək əvəzlənməli olub.

Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə onların son durumu haqda məlumat verib: "Abdul Batibienin zədələnməsi bizi çox üzdü. Sabahkı (bugünkü - red.) müayinədən sonra durumu bilinəcək. Elçin Əlicanov yeganə sağlam stoperimiz idi, o da zədələndi".

Bəs, köhnə zədəlilərin vəziyyətləri necədi?: “İssa Cibrila zədəli-zədəli “Hayduk”la oyunu davam etdirdi. Çünki əvəzetməmiz yox idi. Vinsent Till və Brahim Konatenin da zədələri hələ ki davam edir. Onlar hələ uzun müddət yaşıl meydandan kənarda qalacaq”. 

Sadıqovla söhbətimizdə aparıcı futbolçularından biri olan braziliyalı mərkəz müdafiəçisi Ruan Renatonun da xəsarət aldığını öyrəndik: "Eləcə də Renatonun 2 gün əvvəl məşqdə burnu qırıldı, gözlənilməz bir zədə oldu. Yox, əməliyyat olunmayacaq. Burnuna gips qoyublar və bir müddət məşqlərdən kənarda qalacaq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC