Mahir Emreli "Şalke"yə qarşı oynadı - qələbəyə sevindi, cəzasına üzüldü

Millimizin futbolçusu Mahir Emrelinon formasını geydiyi "Kayzerslautern" II Bundesliqanın 2-ci turunda öz meydanında "Şalke"ni qəbul edib.

Presssport.az xəbər verir ki, Matç "Kayzerslautern"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 55-ci dəqiqədə penaltidən Marlon Ritter vurub.

Qarşılaşmaya start heyətdə çıxan Mahir 72-ci dəqiqədə Naatan Skitta ilə əvəzlənib. Emreli 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Bununla da "Kayzerslautern" yeni mövsümdə ilk qələbəsini qazanıb. Komanda hazırda 3 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC