“Sumqayıt” yapon legionerini geri qaytarıb - RƏSMİ

2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Presssportaz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sumqayıtlılar son mövsümü Danimarkanın "Veyle" klubunda keçirmiş sabiq yarımmüdafiəçisi Masaki Murata ilə 2 illik anlaşma imzalayıb.

Yapon futbolçu "Sumqayıt"ın heyətində yenə "71" nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, Masaki 2022/23 mövsümünün 2-ci yarısı və 2023/24 mövsümündə "Sumqayıt"ın heyətində ümumilikdə 54 oyun keçirib. O, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC