AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb.
Presssport.az xəbər verir ki, 4 gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edir.
Kurslara millimizin sabiq futbolçularından Ruslan Abışov, Vurğun Hüseynov, Vüqar Mustafayev, Amit Quluzadə, habelə Vüqar Bəybalayev qatılıb.
Xatırladaq ki, məşqçi kursunun 2-ci modulu 8-11 sentyabrda baş tutacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC